SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman kompleksində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibətilə YAP Lənkəran rayon təşkilatı İ qrupu üzrə Minifutbol turnirinə start verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində verir.

Lənkəran şəhərində keçirilən minifutbol turnirində 6 rayon təşkilatı iştirak edir. Turnir Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayon təşkilatlarını təmsil edən komandalar arasında keçirilir.

Turnirin  açılışında YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev minifutbol turnirini açıq elan edib. Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə turnirdə iştirak edəcək komandalara uğurlar diləyib.

Turnir davam edir.

Foto Cenublu.az
Foto Cenublu.az