SON XƏBƏRLƏR

Lənkəranda voleybol idman növü üzrə məktəbli qızlardan ibarət komandalar arasında rayon turniri keçirilib. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbirdə ilk növbədə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rəsmi açılış baş tutub.

Turnirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 12 komanda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən turnirin sonunda 1-ci yerə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin komandası, 2-ci yerə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası, 3-cü yerə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin komandası çıxıb. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 2 və 3-cü yeri əldə etmiş komandalar diplomla, 1-ci yeri tutan komanda isə diplom və kubokla təltif edilib.

Qeyd edək ki, turnirdə ümumilikdə 132 nəfər iştirak edib.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman