SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində “Üzgüçülük hamı üçün” adlı açıq idman tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbir 15 oktyabr saat 10:00-dan 12:00-dək davam edəcək. Qeyd edilmiş vaxtda iştirakçılar üzgüçülük hovuzundan sərbəst istifadə edə və yarışa bilərlər. Tədbirdə iştirak edənlər özü ilə üzgüçülük forması gətirməlidirlər.

Qeydiyyatdan keçmək üçün idarənin əməkdaşı Yusif Xamiyevlə (050) 748-68-78, (025) 254-72-89 nömrələri vasitəsilə əlaqə saxlamaq lazımdır.

Qeyd edək ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon