SON XƏBƏRLƏR

Lənkəranda “Zəfər Günü”nə həsr olunmuş şahmat idman növü üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Ümumilikdə turnirdə müxtəlif dərəcəli 38 şahmatçı iştirak edib. Yarışda I,II,III yeri tutan idmançılar medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, yarışma “Təhsil” RİM-nin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Lənkəran şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında idmançıları maarifləndirmək və rayonun perspektivli idmançılarını aşkar etmək məqsədilə keçirilib.