SON XƏBƏRLƏR

Şəhidin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri təşkil olunub. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Lənkəran Olimpiya İdman Kompleksində Şəhid Əhədzadə Xəyal Əlövsət oğlunun əziz xatirəsinə həsr olunmuş Sərbəst güləş idman növü üzrə uşaq və yeniyetmələr arasında Lənkəran rayon açıq turniri təşkil olunub. Rəsmi açılışda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, sərbəst güləş idman növünü inkişaf etdirmək və onun təbliğinə, idmanın kütləviliyinə nail olmaq və müvafiq idman növü üzrə perspektivli idmançıları aşkar etmək olub.

Yarış 2009-2010-2011-ci il və 2012-2013-2014-cü il təvəllüdlü uşaq və yeniyetmələr arasında keçirilib. Açıq rayon turnirində, Bakı, Gəncə şəhərlərindən, Şamaxı, Cəbrayıl, Astara, Masallı, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından 300 idmançı qüvvəsini sınayıb.

Turnirdə qalib gələn idmançılara diplom və mükafatlar təqdim olunub.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman