SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh” devizi altında 3000 metr məsafəyə qaçış və turnikdə dartınma üzrə respublika yarışının Lənkəran rayon mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində verir.

Yarışda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yarışa Azərbaycan Dövlət Himninin səslənməsi ilə start verilib. Yarışın açılışında  Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəis müavini Sadiq Həmidov və Daxili İşlər Nazirliyinin əməkdaşı Xudayar Kərimov çıxış ediblər. Çıxışlardan sonra yarışlar başlanıb.

Yarışın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın təbliğinə, kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarət olub. Yarışlar  20-25 yaş arası gənclər arasında keçirilib.

Yarışlarda ilk 3 yeri qazananlara medal, diplom və hədiyyələr təqdim olunub.