SON XƏBƏRLƏR

Lənkəranda şəhid müəllimlərin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı regional voleybol yarışı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

Yarış Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar arasında baş tutacaq.

Yarış 17 dekabr saat 10:00-da Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində keçiriləcək.

Sonda qalib komandalara diplom və hədiyyələr təqdim ediləcək.