SON XƏBƏRLƏR

Lənkəranda 1-7 may tarixlərində keçiriləcək idman tədbirləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.

Belə ki, 3 may saat 10:00-da Lənkəran Olimpiya İdman Kompleksində voleybol üzrə məktəbli qızlardan ibarət komandalar arasında rayon turniri keçiriləcək.

6-7 may saat 10:00-da “Zirvə” İdman Klubunda ağır atletika üzrə açıq rayon turniri, Cənub Regional Boks Mərkəzində isə boks üzrə yeniyetmələr arasında açıq rayon turniri baş tutacaq.