SON XƏBƏRLƏR

Lənkəranda məktəblilər arasında Zəfər Gününə həsr olunmuş idman tədbirləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, rayonun Tükəvilə kənd tam orta məktəbində voleybol, Vel  məktəbində atletika, Viyən məktəbində dama, Balıqçılar qəsəbə məktəbində futbol idman yarışları keçirilib.

130 nəfərdən çox şagirdin iştirak etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kütləvi tədbirlərin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında məktəbliləri maarifləndirmək, uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Qeyd edək ki, tədbirlər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin  birgə təşəbbüsü ilə baş tutub.