Lənkəranda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.
Tədbir Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. Tədbirin açılışında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, Azərbaycan Atletika Federasiyası İctimai Birliyinin prezidenti Cavid Qurbanov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva çıxış edərək yarışın iştirakçılarına uğurlar diləyiblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra iştirakçılar və hakimlər yarış məkanına yola düşüblər.
Yarışda 11 komanda ( Bakı, Naxçıvan, Gəncə, Bərdə, İsmayıllı, Xızı, Lənkəran, Astara, Təhsil – RİM, Təhsil 1 və Təhsil 5) və 170 idmançı iştirak edib.
Yarışın sonunda qaliblər medal, Azərbaycan Atletika Federasiyasının, Gənclər və İdman Nazirliyinin hədiyyələri və pul mükafatları ilə təltif olunublar.