Şahmat üzrə Lənkəran şəhər UGİŞM-in birinciliyində Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəbin şagirdi qalib olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində verir.
Məktəbin Vll sinif şagirdi Quliyev Rakif Mehman oğlu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş turnirdə l yeri qazanaraq 4-12 may 2023 tarixlərində Bakıda təşkil olunacaq “Baku Open” festivalına qatılmaq hüququ qazanıb.