SON XƏBƏRLƏR

Lənkəranda gənclərin idmana marağını artırmaq məqsədilə festival keçiriləcək. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

“İdman festivalı” 19 noyabr saat 11:00-13:00 aralığında baş tutacaq. Tədbir Lənkəran Şəhər Heydər Əliyev Xatirə parkında baş tutacaq.

Festival zamanı müxtəlif idman növləri nümayiş olunacaq, musiqi səhnəsində ifalar səslənəcək və digər əyləncələr baş tutacaq.Tədbirə qoşulan yeniyetmələr, gənclər və rayon sakinləri əyləncəli idman oyunlarında şəxsən iştirak edə biləcəklər. İştirakçılara Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim ediləcək.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda