Lənkəran şəhərində Zəfər Günü münasibətilə həvəskarlar arasında dama üzrə turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Belə ki, “Zəfərə Gedən Yol” devizi altında keçirilən yarış H.Əliyev adına xatirə parkında baş tutub. Turnirin məqsədi Zəfər Gününü qeyd etmək, asudə vaxtını səmərəli təşkil etmək, idmana marağı artırmaqdır.
Yəkunda l, ll və lll yerləri qazananlara medal, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.