Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Pauerliftinq, Benç Press, Dead Lift güc idman növləri üzrə Lənkəran rayon açıq turniri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Yarış 30 dekabr saat 10:00-da “Zirvə” İdman klubunda baş tutacaq.
Yarışa şəhər və rayonların idman cəmiyyətlərinin, klublarının tibbi müayinədən keçən 52, 56, 60, 67.5, 75, 82.5, 90, 100, 110+ kq çəkisi olan idmançıları buraxılacaq.
Hər çəki kateqoriyasında ilk üç yeri tutmuş idmançılar medallarla və diplomlarla mükafatlandırılacaq.
Əlaqələndirici şəxs: Kamran Əliyev, (050) 851-22-71.
Qeyd edək ki, yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.