Lənkəranda Gimnastika üzrə açıq idman tədbiri keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Gimnastika hamı üçün” açıq idman tədbiri Heydər Əliyev xatirə parkının ərazisində, Gənclər Mərkəzinin qarşısında baş tutub. Əsas məqsəd gimnastika idman növünü təbliğ etmək, idmana maraq oyatmaq, sağlam həyat tərzinə çağırış etməkdir.
Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının əməkdaşı Mərziyyə Mustafazadənin rəhbərliyi ilə gimnastika üzrə nümunəvi çıxışlar göstərilib, müxtəlif gimnastik hərəkətlər təqdim olunub.
Qeyd edək ki, tədbirdə 40 nəfər uşaq iştirak edib.