SON XƏBƏRLƏR

Lənkəranda “Gimnastika hamı üçün” açıq əyləncəli idman tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbir 3 iyun saat 10:00-da Lənkəran şəhərində, Gənclər Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində baş tutacaq. Əraziyə giriş sərbəst olacaq.

Tədbirdə müxtəlif nümunəvi çıxışlar təqdim ediləcək. İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə və övladları ilə birgə qoşularaq, isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirə və əyləncəli idman tədbirində iştirak edə bilərlər.

Tədbirin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtının səmərəli təşkilidir.