SON XƏBƏRLƏR

Lənkəranda “İdmançıların düzgün qidalanması və Antidopinq” mövzusunda seminar keçirilib. Cenublu.az bu barədə 28 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Maarifləndirici görüş Olimpiya İdman Kompleksində təşkil olunub. Tədbirə idarənin nümayəndələri, UGİM-in məşqçi-müəllim heyəti və idmançıları olmaqla ümumilikdə 30 nəfər qatılıb.

İdarənin əməkdaşları Sadiq Həmidov, Yusif Xamiyev və Ağır Atletika idman növü üzrə rayonun baş məşqçisi Məmməd Məmmədov öz çıxışlarında idmançıların düzgün qidalanması, sağlam həyat tərzi, gələcək inkişafı, dopinqin zərərli nəticələri barədə danışıblar.

Qeyd olunub ki, antidopinq qaydalarını pozan şəxslər ölkədaxili yarışlarda AMADA tərəfindən müəyyən edilir və onlar beynəlxalq yarışlara buraxılmırlar.