SON XƏBƏRLƏR

Lənkəranda gənclər arasında Anım Gününə həsr olunmuş boks turniri keçirilib. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Lənkəran şəhər Gənclər və İdman idarəsinin və “Təhsil” RİM–nin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə baş tutan yarışda 14-15 və 12-13 yaş arasında olan gənclər iştirak ediblər.

Turnirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yarışa Azərbaycan Dövlət himninin səslənməsi ilə start verilib. Yarışın keçirilməsində əsas məqsəd Anım günündə şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında idmançıları maarifləndirmək və rayonun perspektivli idmançılarının aşkar olunması olub.

90 idmançının çıxış etdiyi turnirin qaliblərinə medal və diplomlar verilib.