Lənkəranda açıq idman tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 may tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, 20 may saat 11:00-dan 13:00-a kimi “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks hamı üçün” açıq əyləncəli idman tədbiri təşkil olunacaq.
Tədbirə hər kəs sərbəst qoşula bilər. Tədbirə qoşulanlar həm master-klası izləmək, həm də əyləncəli idman oyununda iştirak etmək imkanı əldə edəcəklər.