Təhsil müəssisələrinin şagirdləri basketbol idman növü üzrə turnirdə iştirak ediblər. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az Təhsil RİM-in Lənkəran şəhər UGİŞM-ə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş turnirin açılışında ulu öndər 1 dəqiqəlik sükütla yad edilib və yarışa Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Yarışda basketbol idman növü üzrə 4 komanda və 50 basketbolçu iştirak edib.
Qaliblər “Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM PHŞ-nin diplom və kuboku ilə təltif olunublar.