SON XƏBƏRLƏR

Lənkəranda Zəfər Gününə həsr olunmuş badminton idman növü üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

40 idmançının iştirak etdiyi yarışda I, II və III yerləri tutan idmançılar diplom və hədiyyələr qazanıblar.

Qeyd edək ki, Lənkəran Şəhər Gənclər və İdman idarəsinin və “Təhsil” RİM-in Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbində keçirilən yarışın məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında idmançıları maarifləndirmək və rayonun perspektivli idmançılarını aşkar etməkdir.