SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib. Bu haqda bu gün, 6 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Turnirdə “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksləri, Mingəçevir – “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır.

Onlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyalarında çıxış edəcəklər. Yarışda balacalar – alətsiz, gürzlər, lent; yeniyetmələr – alətsiz, top, gürzlər; gənclər – halqa, top, gürzlər və lentlərlə bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcəklər.