Lənkəranda bədii gimnastika üzrə master-klas təşkil ediləcək. Bu haqda məlumatı Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən bu gün, 18 iyul tarixində verir.
İyulun 23-də keçiriləcək ustad dərsi Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Master-klas məşqçilər və 2014-cü ildən yuxarı təvəllüdlü gimnastlar üçün nəzərdə tutulub.
Məşğələlər bədii gimnastika üzrə yığma komandanın məşqçisi Səbinə Hacıyeva və yığma komandanın üzvü Nərmin Bayramova tərəfindən keçiriləcək.