SON XƏBƏRLƏR

Zirvə İdman Klubunda yeniyetmə oğlan və qızlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika idman növü üzrə Respublika birinciliyi təşkil olunub. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az “Təhsil” Respublika İdman Mərkəzinə istinadən xəbər verir.

Beynəlxalq Ağır Atletika Federasiyasının qaydaları əsasında 17 yaşadək oğlan və qızlar arasında təşkil olunan yarışa Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 8 rayon (şəhər) uşaq-gənclər idman-şahmat məktəbindən 78 nəfər idmançı qatılıb. İki gün davam edən yarışın nəticəsinə əsasən, 10 çəki dərəcəsi üzrə oğlanlar, 3 çəki dərəcəsi üzrə qızlar arasında mükafatçılar müəyyən edilib.

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.