SON XƏBƏRLƏR

Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə Lənkəran və Astara rayonlarında idman tədbirləri təşkil olunacaq. Bu haqda bu gün, 24 noyabr tarixində Cenublu.az Quba Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Astarada 27 noyabr saat 10:00-da şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş kontakt-karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında açıq cənub turniri keçiriləcək. Yarış “Zirvə” Beynəlxalq İdman Klubunun basketbol arenasında baş tutacaq.

Lənkəranda isə üzgüçülük üzrə şəhər birinciliyi təşkil olunacaq. Turnir 27 noyabr saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.