SON XƏBƏRLƏR

Lənkəranı Yüksək Liqada təmsil edən futzal komandamız böyük hesablı məğlubiyyətlə üzləşib. Bu haqda bu gün, 18 noyabr tarixində Cenublu.az Sportinfo.az-a istinadən xəbər verir.

“Alyans” FK futzal üzrə Yüksək Liqada 7-ci turda “Neftçi” İK ilə qarşılaşıb. Oyunda ümumilikdə 24 qol vurulub. Bunlardan cəmi ikisi təmsilçimizin hesabına yazılıb. Bakı təmsilçisi “Aylans”ın qapısından 22 top keçirib.