SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin voleybol zalında 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında voleybol yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışda Lənkəran Dövlət Universitetinin “Cəsur oğlanlar”, Lənkəran Dövlət Universitetinin nəzdində Aqrar-Sosial Texnoloji Kollecin “Zəfər yolu” və Lənkəran Tibb Kolleci Publik hüquqi şəxsin “LTK” adlı komandaları mübarizə aparıb.

Nəticəyə əsasən, “Cəsur oğlanlar” komandası 1-ci yeri, “Zəfər yolu” komandası 2-ci yeri, “LTK” komandası 3-cü yeri qazanıb. 2-ci və 3-cü yeri tutan komandalara diplom, 1-ci yeri tutan komandaya isə diplom və kubok təqdim olunub.

Qeyd edək ki, idman tədbirinin keçirilməsində məqsəd  8 Noyabr – “Zəfər Günü”nü qeyd etmək, gənclərə vətənpərvərlik hissini aşılamaq, voleybol idman növünü təbliğ etmək, onun kütləviliyinə nail olmaq, gənclərin  fiziki sağlamlığının qorunması və inkişaf etdirilməsi, tələbə gənclərin asudə vaxtını səmərəli təşkil etmək olub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon