SON XƏBƏRLƏR

Lənkəranda basketbol turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində verir.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarışda 36 şagird iştirak edib. “Qaliblər” komandası turnirin kubokunu qazanıb. “Dəmir Yumruq” komandası yarışın 2-ci, “Zəfər Yolu” komandası isə 3-cü olub. Qaliblər diplomlarla təltif edilib.

Yarış turnirin baş hakimi Əkbər Gənciyevin başçılığı altında keçirilib.