Lənkəran Olimpiya İdman Kompleksində yeni badminton idman bölməsi fəaliyyətə başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 mart tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə İdman bölməsinin ilk dərsinin açılışında iştirak edərək təlim-məşq prosesi ilə tanış olub. Teymur Babazadə rayonumuzda idmanın inkişafı üçün geniş şərait yaradıldığını və idmana dövlətimiz tərəfindən davamlı olaraq qayğı göstərildiyini vurğulayaraq yeni idman bölməsində məşğul olan idmançılara öz tövsiyələrini verib, onlara gələcəkdə uğurlar və idmanda yüksək nailiyyətlər əldə etməyi arzulayıb.