SON XƏBƏRLƏR

Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol idman növü üzrə yarış keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

VIII-IX sinif şagirdləri arasında keçirilən yarışda:

  • I yeri – şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin komandası;
  • II yeri – şəhər 10 nömrəli tam orta məktəbin komandası;
  • III yeri – şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin və Sütəmurdov kənd tam orta məktəbinin komandası qazanıb.

Qalib komandalar diplomla təltif olunublar.