SON XƏBƏRLƏR

Lənkəran komandası ağır atletika üzrə gənclər arasında Azərbaycan birinciliyində 5 medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarış 1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçirilib.

Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nəzdində UGİM-in yetirmələrindən:

  • Rahilə Hüseynzadə və Rüstəm Qasımov qızıl medala;
  • Türkanə Qənbərzadə, Dəniz Cabbarlı və Anna Opanasyuk isə gümüş medala layiq görülüblər.