“Lənkəran” idman klubunun idman zalının açılışı baş tutub. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Açılış mərasimində Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) vitse-prezidenti Allahverdi Rüstəmov, Lənkəran Şəhər Gİİ-nin rəisi Teymur Babazadə və Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər. Qonaqlar idman zalına baxış keçiriblər və görülmüş işlərlə tanış olublar.
Klubun direktoru uzun müddət əsirlik həyatı yaşamış Vətən müharibəsi qazisi Vəliəhəd Vəliyevdir.