“Foto+” proqramı çərçivəsində CBC Sport əməkdaşları cüdoçu Orxan Səfərovla birgə Lənkərana səfər ediblər.
İdmançılar haqda çəkilən TV proqramında Orxan Səfərovun kənar bacarıqları haqda maraqlanıblar. Cüdoçumuz CBC Sport əməkdaşlarını doğulduğu Nərimanabad 1 qəsəbəsində yerləşən Sara adası ilə tanış edib. Daha sonra, idmanla məşğul olduğu məktəbin həyətində müsahibə verdiyi zaman kənd həyatı və oxuduğu məktəb haqda məlumatlar verib.
CBC Sport aparıcısı həm də Orxanın dayısı Rasif Məmmədov ilə həmsöhbət olub. O, idmançının uşaqlığından, idmana necə başladığından danışıb.
Orxan və “Foto+” aparıcısı Qızılağac Milli parkına yollanıb öz balıqçılıq bacarıqlarını da yoxlayıblar.
Qeyd edək ki, lənkəranlı cüdoçu Avropa çempionudur və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Tərəqqi” medalının sahibidir.