SON XƏBƏRLƏR

Lənkəranlı güləşçilər Masallıda keçirilən komandalar arasında yarışmanı ilk üçlükdə bitiriblər.

“Zəfər günü”nə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə rayon birinciliyi Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Masallı Olimpiya Kompleksində7 komandanın mübarizə apardığı turnirdə “Lənkəran” komandası 3-cü yer tutub.

Qeyd edək ki, turnirdə “Masallı” komandası birinci, Bakının “Roil” komandası ikinci yerlərə layiq görülüblər.

Qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.