SON XƏBƏRLƏR

Lənkəranlı idmançı Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək. Bu haqda bu gün, 29 oktyabr tarixində Report.az xəbər verir.

5 noyabr tarixində keçiriləcək cüdo üzrə Azərbaycan milli komandasının heyyətində Orxan Səfərovda yer alır. 30 ölkədən 200-dən çox idmançının iştirak edəcəyi turnirdə, Orxan Səfərov 66 kq çəki dərəcəsində mübarizə aparacaq.

Orxan Səfərov 11 avqust 1991-ci ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan idmanına bəxş etdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.