SON XƏBƏRLƏR

Lənkəranın uşaqlardan ibarət komandası liqadan kənarlaşdırılıb. Bu haqda məlumatı bu gün, 26 noyabr tarixində Report.az xəbər verir.

Verilən məlumata əsasən, Lənkəranın “Təhsil” komandasının U-13 və U-10 AFFA İntizam Komitəsi tərəfindən turnirdən uzaqlaşdırlıb.

Səbəb kimi qeyd olunur ki, komanda çempionat oyunlarına vaxtında gəlməyib. “Təhsil”in U13 komandası Masallının “Qala 95” komandası ilə, U-10 isə “Xəzər 92” ilə görüşlərdə üzrlü səbəb olmadan iştirak etməyiblər.

Komandaya, qalmış oyunları üçün 0:3 hesabı ilə məğlubiyyət verilib.