SON XƏBƏRLƏR

Lənkəranlı idmançı Türkiyyə Cümhuriyyətində fəxri kürsüyə yüksəlib. Bu haqda məlumatı bu gün, 1 dekabr tarixində Cenublu.az verir.

Lənkəran rayonundan olan Emil Nurizadə Alpaqut döyüş növünün Batur (qaydasız döyüş) sistemində Azərbaycanı təmsil edib.

Bursa şəhərində baş tutan turnirdə Emil Nurizadə finala gedən yolda qırğız, iran və iraqlı rəqiblərini məğlub edib. Final turunda qardaş ölkənin təmsilçisi olan Türkiyyə millisinin üzvü ilə qarşılaşıb və II-lik ünvanına layiq olub.

Polis leytenantı olan Emil Novruzov diplom və medal ilə təltif olunub.

Qeyd edək ki, çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib.