Lənkəranlı şagird Hüseyn Ağayev Yunan-Roma güləşi üzrə I yerə layiq görülüb. Bu haqda məlumatı bu gün, 6 noyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsi paylaşıb.
Müzəffər ordumuzun qələbəsinə həsr olunmuş “Zəfər” yarışı yeniyetmələr arsasında keçirilib. Hüseyn Ağayev yarışda V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyi təmsil edib.