SON XƏBƏRLƏR

Beynəlxalq Cüdo Federasiyası lənkəranlı “Böyük Dəbilqə” turnirinin qalibindən müsahibə alıb. Bu haqda Azerisport-da paylaşılıb.

“Sizin cüdoçunu qarşılayın” rubrikasında federasiyanın suallarına cavab verən Orxan Səfərov yaradılan ləqəbi haqda məlumat verib.

Cüdoya necə gəldiz?

Bu idmanla 7 yaşımdan məşğulam. Bizim evin yanında 2 idman zalı var idi, biri MMA, digəri isə cüdo. Nəticədə mən cüdonu seçdim.

Ən sevimli fəndiniz hansıdır?

Əlbəttə ki “uçi-mata”. Çox effektiv və gözəldi, karyeram boyunca tez-tez istifadə edirəm.

Qəhrəmanlarınız kimlərdir?

Anam və atam. Çünki nəticələrimdən asıllı olmayaraq, həmişə məni dəstəkləyirlər.

Karyeranızda ən yadda qalan an hansıdır?

Mənim 2013-cü ildə bürünc medal qazandığım Rio şəhərində keçirilən birinci dünya çempionatım. Daha öncə də medallara layiq görulmüşdüm, hətta daha sonra “Mundial”da gümüş medal əldə etdim. Lakin Braziliyada keçirdiyim hissləri heç vaxt unutmayacağam.

Psixoloji təsir haqda nə deyə bilərsiniz?

Psixoloji təsirin üzərində çalışıram. Bu yaxınlarda Netflix’də motivasiya dərslərinə baxdım və bu həqiqətən də kömək edir.

Dostlarınız haqda bizə məlumat verə bilərsiniz?

Cüdoda bizim çox böyük komandamız var, hamı bir-birinə hörmətlə yanaşır. Lakin mənə ən yaxın olanlar Nicat Şıxalizadə, Rustəm Orucov, Məmədəli Mehtiyev, Elmar Qasımov və Hidayət Heydərovdur. Bizim hətta WhatsApp qrupumuz var.

Ləqəbiniz haqda bizə danışın.

Ləqəb haqda bilmirəm nə dəyim, amma dostlarla birlikdə olanda, nəyinki cüdoçular, hətta boksçular, güləşçilər belə məni “Şirin” kimi çağırır. (gülür)

Sevimli filmləriniz var?

Ən çox sevdiyim film “1+1” filmidir. O filmə dəfələrlə baxmışam və imkan tapdıqca yenidən baxmaq istəyirəm. Əsas qəhrəmana köməkçisinin yardım etməsi çox təsirlidir.

Gizli istedadlarınız var?

Deməzdim. Lakin tatamiyə çixmamışdan öncə, oteldən çıxdıqdan sonra gördüyüm ilk rəqəm mənə elə gəlir turnirdə tutacağım yer olacaq. Bu mənə əlavə motivasiya verir.