SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “İdman – sən bir dünyasan!” mövzusunda ümumrespublika rəsm müsabiqəsi elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.

Müsabiqənin mövzusu bütün idman növlərini əhatə edir. Təqdim olunacaq rəsm əsərləri A4 ölçüsündən balaca olmamaq şərti ilə istənilən ölçüdə və istənilən material və texnikada işlənilə bilər (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.).

Müsabiqə 4 yaş qrupu üzrə keçirilir:

  • 6-10 yaş;
  • 11-14 yaş;
  • 15-19 yaş;
  • 20 yaşdan yuxarı.

Hər yaş qrupu üzrə ilk 3 yeri tutan qaliblərə diplom və Olimpiya İdman Komplekslərində 3 günlük ailəvi istirahət paketi təqdim ediləcək.

Rəsm əsərləri 22 fevral 2023-cü il tarixinədək Bakı şəhəri, Olimpiya küçəsi, 4, Gənclər və İdman Nazirliyinə təqdim olunmalıdır. Əlaqə nömrəsi: 187.

Müəlliflərdən əsərin arxasında ad, soyad və əlaqə nömrələrini yazmaq, rəsmlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin sürətini təqdim etmək xahiş olunur.