SON XƏBƏRLƏR

Masallıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri yekunlaşıb. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən xəbər verir.

Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM), Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş minifutbol idman növü üzrə rayon turniri keçirilib.

Turnirin açılış mərasimi öncəsi Dövlət Himnimiz səsləndirilib, ulu öndərin və vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektorunun böyük məsləhətçisi Samit İslamov, Masallı UGİŞM-in direktoru Əlifağa Yaqubov Azərbaycan idmanının ən böyük himayədarı ulu öndər Heydər Əliyevin xatirə turnirinin iştirakçılarına uğurlar arzulayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışların sonunda “UGİŞM (Masallı)” komandası birinci, “Ərkivan” komandası ikinci, “Şərəfə” komandası isə üçüncü yeri tutub.

Qalib komandalar müvafiq dərəcəli diplomlarla təltif olunub.