Lənkəranlı idmançılar Sumqayıt şəhərində keçirilən taekvondo üzrə respublika birinciliyindən qızıl medalla dönüblər.
30 noyabr- 5 dekabr tarix aralığında keçirilən turnirdə idmançılarımız iki çəki dərəcəsində fəxri kürsünün zirvəsinə qalxıblar. 59 kq çəki dərəcəsində Fərid Əliyev, 63 kq çəki dərəcəsində isə Nizami Hacıyev taekvondo tatamisində bütün rəqiblərini üstəliyiblər.
İdmançılarımız turnirdə “Lənkəran TİM” komandasını təmsil ediblər. Yarışma Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.