“Xan Lənkəran” futbol komandasının futzal təmsilçisi ilk rəsmi oyununa çıxıb. Bu haqda məlumat futbol klubunun rəsmi İnstagram səhifəsində paylaşılıb.
Futzal üzrə İkinci liqda çıxış edən komandamız ilk sınağından pis nəticə almayıb. Təcrübəli Bakı təmsilçisindən 1 xal almağı bacarıb.
Matçın ilk hissəsini 1-3 hesabı ilə geridə tamamlayan komandamız, ikinci hissədə inamlı çıxış edərək “Rəvan” FK ilə 4 – 4 hesabı ilə bərabərə qalıb.
Həmçinin qeyd edək ki, oyunun son saniyələrində vurulan qələbə qolumuz vaxtın başa çatması səbəbi ilə qeydə alınmayıb.