SON XƏBƏRLƏR

Xəzər Lənkəran Mərkəzi stadonu təmir olunacaq. Bu haqda məlumat bu gün, 6 dekabr tarixində Rekord.az-da paylaşılıb.

Verilən məlumata əsasən, Xəzər Lənkəran Mərkəzi stadionu “Xan Lənkəran” PFK-na icarəyə verilib. Hal-hazırda öz çıxışı ilə Region liqasında səs salan “Xan Lənkəran” PFK ev oyunlarını bu stadionda keçirir.

Stadionun təmir-bərpa işləri “Xan Lənkəran” PFK tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Region liqasının Cənub zonası üzrə qrupunda iştirak edən “Xan Lənkəran” PFK məğlub edilməz liderdir.