SON XƏBƏRLƏR

Cəlilabad rayonunun icra başçısı idmançı ilə görüş keçirib. Bu haqda bu gün, 18 mart tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Rafiq Cəlilov beynəlxalq yarışlarda yüksək nəticə qazanmış cəlilabadlı idmançı Xəyal Caniyevi qəbul edib. İcra başçısı görüşdə ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük irəliləyişə nail olunduğunu diqqətə çatdırıb, bu sahədə görülən işləri sadalayıb.

Qazandığı qələbələr münasibətilə idmançını təbrik edən icra başçısı ona qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb. Sonda icra başçısı Xəyal Caniyevi idmanda göstərdiyi yüksək nailiyyətlərə görə təltif edib. İdmançı ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.Caniyev Xəyal Soltanağa oğlu 12 oktyabr 1993-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Xəyal Caniyev dünyanın ən güclü döyüşçülərindən sayılır. Belə ki, azərbaycanlı idmançı peşəkar səviyyədə 50 döyüşdən 46-da qələbə qazanıb (16 KO/TKO). 3 qat dünya çempionu, 3 qat Avropa çempionu, 4 qat Rusiya çempionu, Muay Tay və K-1 idman növü üzrə dəfələrlə Dünya çempionu olub. “Xalk” ləqəbli əfsanəvi idmançımız Xəyal Caniyev dünyanın ən güclüsü olan Buakava Pramuka Tay-boks döyüşündə postsovet məkanından qalib gələn yeganə döyüşçüdür.