SON XƏBƏRLƏR

Xorvatiyada ölkəmizi təmsil edən Fərid Əliyev və Nizami Hacıyev medal və diplomla mükafatlandırılıblar. Bu haqda məlumatı Cenublu.az 20 iyun tarixində verir.

17-19  iyun tarixlərində Xorvatiyanın Zaqreb şəhərində Taekvondo idman növü üzrə yeniyetmələr arasında 26-cı ənənəvi Xorvatiya Açıq turniri keçirilmişdir.

Turnirdə ölkəmizi “Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM-in idmançıları milli yığmanın tərkibində təmsil ediblər.

Taekvondoçularımız Əliyev Fərid və Hacıyev Nizami bürünc medal qazanıblar. Qaliblər təşkilatçılar tərəfindən medal və diplomla mükafatlandırılıb.

İdmançılarımızın məşqçi-müəllimi Əfqan Rzayevdir.

Təhsil RİM-nin Lənkəran şəhər UGİŞM
Təhsil RİM-nin Lənkəran şəhər UGİŞM