SON XƏBƏRLƏR

Cənub rayonlarında gənclərin inkişafı üçün keçiriləcək idman tədbirlərinin afişası elan edilib. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az Gənclər və İdman Nazirliyinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Tədbirlər Lənkəran, Masallı və Cəlilabad rayonlarında keçiriləcək. 28 noyabr – 2 dekabr aralığında baş tutacaq tədbirlərin siyahısı:

Lənkəran şəhəri

  • Şəhidlərin xatirəsinə həsr olunmuş minifutbol turniri – 1 dekabr, saat 15:00  (Lənkəran Olimpiya İdman Kompleksi);
  • Voleybol üzrə qadınlar arasında rayon birinciliyi – 2-4 dekabr, saat 11:00 (Lənkəran Olimpiya İdman Kompleksi).

Cəlilabad rayonu

  • Basketbol üzrə UGİM-in açıq birinciliyi – 1-2 dekabr, saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi).

Masallı rayonu

  • Yunan roma güləşi üzrə “Əməkdar məşqçi”, SSRİ idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı – 30 noyabr, saat 16:00 (Masallı rayon Nizami Gəncəvi adına mədəniyyət mərkəzi);
  • Minifutbol üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon turnirinin final mərhələsi – 1 dekabr, saat 19:00 (Masallı rayonu Viləş mini stadionu);
  • Ustad dərslərinin keçirilməsi – 3 dekabr, saat 15:00 (Masallı regional taekvondo mərkəzi).
Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü