SON XƏBƏRLƏR

Gənclər və İdman Nazirliyi Astara, Cəlilabad, Masallı və Lənkəranda 8-14 may tarixlərində keçiriləcək idman tədbirləri haqda məlumat paylaşıb.

Belə ki, Astara Olimpiya İdman Kompleksində 13-14 may tarixlərində sərbəst güləş üzrə 2010-2012-ci illər təvəllüdlü oğlanlar və 2009-2014-cü illər təvəllüdlü qızlar arasında Astara rayon açıq turniri keçiriləcək.

Cəlilabad rayonu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbində 9 may saat 10:00-da voleybol üzrə rayon birinciliyi, Cəlilabad şəhəri Ağır atletika idman zalında isə 13 may saat 10:00-da ağır atletika üzrə UGİM-in açıq birinciliyi baş tutacaq.

Lənkəran şəhəri Heydər Əliyev adına xatirə parkında 13 may saat 11:00-13:00-da “Həyatını İdmanla Yaşa” açıq əyləncəli idman tədbiri keçiriləcək.

Masallı rayonu Boradigah idman zalında 11 may saat 14:00-da “Heydər Əliyev İli”nə həsr olunmuş gənclər arasında futzal üzrə rayon birinciliyi,  Heydər Əliyev adına parkda isə 13 may saat 10:30-da “Sağlam həyat” devizi altında nümunəvi idman çıxışları baş tutacaq.