SON XƏBƏRLƏR

Cənub regionu üzrə keçirilməsi nəzərdə tutulan tədbirlərin tarixləri açıqlanıb. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

 

Astara, Cəlilabad, Lənkəran və Masallı rayonlarında həftənin idman afişası:

  • Astara rayonu:

– “Sağlam həyat” günləri layihəsi çərçivəsində Astara rayon birinciliyi – 16-17 may saat 10:00 (Astara Dənizkənarı Park-Bulvar Kompleksi).

  • Cəlilabad rayonu:

– Əməkdar məşqçi Ceyhun Ağamalıyevin 50 illik yubileyinə həsr olunmuş sərbəst güləş UGİM-in açıq birinciliyi – 19-20 may saat 10:00 (Cəlilabad Olimpiya İdman Kompleksi).

  • Lənkəran rayonu:

– “Heydər Əliyev İli”nə həsr olunmuş futbol üzrə açıq rayon turniri – 15-20 may saat 14:30-18:30 (“Təhsil” RİM-in Lənkəran şəhər UGİŞM);

– “İdman Hamı Üçün” layihəsi çərçivəsində açıq əyləncəli idman tədbiri – 20 may saat 11:00 (Heydər Əliyev Xatirə Parkı).

  • Masallı rayonu:

– “Sağlam bədəndə sağlam ruh” devizi altında yeniyetmə və gənclər arasında nümunəvi idman çıxışları – 20 may saat 10:00 (Heydər Əliyev adına park).

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.