Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi cari həftənin idman afışasını təqdim edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.
Belə ki:
- 2 noyabr saat 10:00-da Lənkəran şəhər 3 saylı tam orta məktəbində yüksək nailiyyətli idmançıların və idman ictimaiyyəti nümayəndələrinin qızlar arasında idmanın təbliğatı ilə bağlı şagirdlərlə maarifləndirici görüşü;
- 2-4 noyabr saat 15:00-da Lənkəran Gənclər Evində “Zəfərə gedən yol” devizi altında həvəskarlar arasında dama üzrə turnir;
- 3-4 noyabr saat 11:00-da Lənkəran Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə rayon turniri;
- 4 noyabr saat 10:00-da Lənkəran Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında kyokusinkay üzrə rayon turniri;
- 4 noyabr saat 12:00-da Lənkəran rayonu, Z.Əliyeva küçəsi, Sağlam məhəllə idman zonasında “İdman hamı üçün” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə kütləvi açıq idman tədbiri;
- 2 noyabr saat 10:00-da Masallı Gənclər Evi SXM-də 8 Noyabr – Zəfər Günü münasibətilə gənclər arasında tir atıcılığı üzrə rayon turniri;
- 4 noyabr saat 15:00-da Masallı Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskarlar arasında voleybol üzrə rayon turniri;
- 3 noyabr saat 17:00-da Astara rayonu, Xəzər dənizi sahilində “İdman hamı üçün” layihəsi çərçivəsində “Güləş hamı üçün” idman tədbiri;
- 4-5 noyabr saat 10:00-da Astara Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə 2010-2012-ci il təvəllüdlü idmançılar arasında açıq rayon turniri;
- 25 okyabr – 6 noyabr saat 10:00-da Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində minifutbol idman növü üzrə məktəblilər arasında rayon turniri;
- 2-3 noyabr saat 10:00-da Cəlilabad şəhər Mərkəzi Stadionunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon turniri;
- 3 noyabr saat 10:00-da Cəlilabad Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri;
- 4 noyabr, saat 14:00-da Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II tur oyunu (“Cəlilabad BK” – “Neftçi PİK”) təşkil olunacaq.